Layihənin sifarişçisi: |
Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Müştəri: |
SANTEC LTD |
Layihə dəyəri: |
|
Müddət: |
2014-2015 |
Layihə haqqında:
|
"Labdisc" təhsil müəssisələri üçün mini laboratoriya layihəsidir. 2014-cü ildə konsepsiya Azərbaycanda təqdim olundu və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə bu konsepsiya haqqında ətraflı məlumat verildi. Əsasən, K-12 (orta) təhsil proqramları üçün nəzərdə tutulan bu mini-laboratoriya ilə ilk tanışlıqdan ona maraq artıb. 2015-ci ildə Təhsil Nazirliyi bu avadanlığın Azərbaycandakı 50 məktəbə pilot layihə kimi tətbiq edilməsinə qərar verib. Labdisc konsepsiyasını 2015-2016 tədris ili üçün pilot layihə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təyin olunmuş 50 orta məktəbə tətbiq etmək qərara alınmışdır. 6 aprel 2016-cı ildə Təhsil Nazirliyi Bakıda Labdisc Konsepsiyasının uğurla həyata keçirilməsi ilə bağlı tədbir keçirdi və bu laboratoriyanı uğurla tətbiq müəllim heyətini mükafatlandırma mərasimində müvafiq sertifikatla təltif etdi. "Triton Consulting" MMC bu layihədə konsultinq xidmətləri, Təhsil Nazirliyi ilə koordinasiya, təlim və iclasların təşkil edilməsi, məhsulun təqdimatı, müqavilə və digər vacib sənədlərin hazırlanması işlərini görmüşdür. |
|
|
Layihənin Sifarişçisi: |
AR Təhsil Nazirliyi və Absheron Hotel Group |
Müştəri: |
Absheron Hotel Group |
Layihə dəyəri: |
|
Müddət: |
2014 |
Layihə haqqında:
|
Konsaltinq xidmətləri, tərəflər arasında koordinasiya, xarici təlimçilərin dəvət edilməsi və təlimlərin verilməsi, tərcümə xidmətləri, müqavilə və digər vacib sənədlərin hazırlanması |
Layihənin sifarişçisi: |
Azərbaycan Respublikası, İqtisadi İnkişaf Nazirliyi |
Müştəri: |
CNIM S.A (Fransa) |
Layihə dəyəri: |
364 mln Avro |
Müddət: |
2008-2013 |
Layihə haqqında:
|
Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. İstehsalat gücünə görə bu zavod şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavod hesab olunur. |
|