AZ
EN
14.10.2018

Azərbaycan məktəb laboratoriyaları üçün xüsusi avadanlıqlar istehsal edəcək

Fevralın 6-sı keçirilən toplantıda nazir müavini jurnalistlərə verdiyi məlumatda qeyd edib ki, istehsalı Sumqayıt Kimya-Sənaye Parkının yeni rezidenti olmuş “Labdisc Azerbaijan” şirkəti həyata keçirəcək

" Ötən həftə biz Sumqayıt kimya-sənaye parkının 16-cı rezidentini qeydiyyata aldıq. “LabDisc Azerbaijan” təhsil sahəsində istifadə olunacaq müxtəlif avadanlıqların istehsalı ilə məşğul olacaq. Bu, müxtəlif laboratoriya avadanlıqları, tədris qurğuları, elektron və digər alətlərdir. Bu sahə Azərbaycan üçün yenidir və bizim üçün böyük maraq kəsb edir.” 
Azərbaycan Prezidenti İlham Əliyev 11 Dekabr 2011-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının yaradılması barədə fərman imzalamışdır. 
Bu fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kimya sənayesi potensialının artırılması, bu sahədə özəl müəssisələrin təşkili və yerli xammaldan rəqabət qabiliyyətli məhsulların alınması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkında kimya sənayesinə aid istehsal və emal sahələrinin yaradılmasını və inkişaf etdirilməsini dəstəkləyən tədbirlər həyata keçirməlidir.

Trend.az