AZ
EN
02.01.2018

Maire Tecnimont və SOCAR Bakı Neft Emalı zavodunun müasirləşdirilməsi üçün müqavilə imzalamışdır

Bu gün Bakıdakı Maire Tecnimont SpA şirkətinin törəmə müəssisələri (Tecnimont S.p.a və KT-Kininetik Texnologiyaları S.p.A.) və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun, Azərbaycanın vacib xam neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Müqavilənin ümumi dəyəri təqribən 800 milyon ABŞ Dollarına bərabərdir.

Təqribən 40 ay ərzində İtaliya qrupunun da cəlb ediləcəyi Layihənin əsas məqsədi emal olunmuş məhsulların keyfiyyətini artırmaqla yanaşı zavodun istehsal gücünü ildə 7.5 milyon tona çatdırmaqdır. Layihə artıq 2015-ci ildən bəri innovativ polipropilen və yüksək sıxlıqlı polietilen zavodları ilə mövcud olan İtaliya qrupuna Azərbaycanda ölkə sənayesinin inkişafında getdikcə daha mərkəzi rol oynayaraq ilk beynəlxalq şirkətlər arasında yer alması imkanı verir.  

İmzalanma mərasiminə dəvət olunmuş Səfir Auqusto Massarı müqavilənin İtaliya və Azərbaycan arasında qarşılıqlı əlaqələr üçün strateji və uzun müddətli dəyərini vurğulamışdır: “"Diplomatik və siyasi-rəsmi əlaqələr konkret sənaye tərəfdaşlığı ilə birləşdirilməlidir: ARDNŞ-la Tecnimont arasında imzalanan müqavilə buna bir nümunədir. Bu cü layihələr, hər iki şirkət üçün strateji dəyərdən başqa, Ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirməklə iki ölkənin iqtisadiyyatını daha da yaxınlaşdırır.” “Maire Tecnimont S.p.A.” Şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Fogiero qeyd etmişdir: “bu Müqavilə qrupa SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə imkan verəcək. Biz ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə belə bir nüfuzlu müştəri ilə münasibətləri davam etdirməkdən qürur duyuruq.” SOCAR Prezidenti Rövnəq Abdullayev əlavə etmişdir: “Bu gün biz Avro-5 standartlarına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşdıq.”Maire Tecnimont S.p.A.” dünyanın aparıcı şirkətlərindən biridir. Əmədaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq”.