AZ
EN
14.10.2018

Tecnimont və SOCAR Polymer Azərbaycanda EPC müqaviləsi imzalamışdır


Maire Tecnimont şirkətinin törəmə şirkətləri olan Tecnimont və Kinetics Technology (KT) Socar Polymer ilə Azərbaycan, Bakı, Sumqayıt Neft-Kimya Kompleksində tikiləcək polietilen zavodu layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə Müqavilə imzlamışlar. Müqavilə təqribən 180 milyon dollar dəyərindədir və bu Müqaviləyə əsasən polietilen zavodunun istismara verilməsinə qədər olan mühəndislik xidmətlərinin həyata keçirilməsi, avadanlıq və mal-materialların satınalınması, quraşdırılması və eləcə də tikinti işləri Tecnimont və KT tərəfindən təmin ediləcəkdir.

Tecnimont və KT həmçinin zavodun sınaqdan keçirilməsini də təmin edəcəkdir.  

Biz karbohidrogen sənayesində dünyanın aparıcı iştirakçılarından olan SOCAR-a dəstək verməyə hazırıq.

Zavodun Ineos Innovene S texnologiyası əsasında hər il 120 000 ton həcmində məhsul istehsal etməsi nəzərdə tutulur. 

Maire Tecnimont şirkətinin Baş İcraçı direktoru Pierroberto Folgiero bildirmişdir: “Bu nəticə Qrupun polyolefin sənayesində mühəndislik, tikinti sahəsi üzrə yüksək rəqabət qabiliyətinə göstərilən etimadın təzahürüdür.”

Maire Tecnimont baş icraçı direktoru Pierroberto Folgiero demişdir: “Bu nəticə Qrupun poliolefin sənayesində mühəndislik, tikinti sahəsi üzrə yüksək rəqabət qabiliyyətinə göstərilən etimadın təzahürüdür”.

“Bu strateji təşəbbüslə Ölkədə bu sektoru inkişad etdirmək məqsədilə karbohidrogen sənayesində dünyanın aparıcı şirkətlərindən olan SOCAR-a dəstək verməyə davam etmək niyyətindəyik.”

Ötən ilin aprel ayında Socar Polymer şirkəti Maire Tecnimont Şirkəti ilə EPC xidmətlərinin təmin edilməsi və Sumqayıt Neft-Kimya Kompleksində ildə 180,000 ton istehsal gücünə malik polipropilen zavodu, əlaqədar mühəndis texniki sistemlər və sahədən kənar obyektlər üzrə 350 milyon avro dəyərində müqavilə bağlamışdır.

Poliproplen zavodunun 2017-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.